İyul 8, 2026
Baku

Süd yolu

Dünya Xəbərlər

Süd Yolunda nəhəng kosmik dalğa aşkar edildi

Avropa Kosmik Agentliyinin (ESA) Gaia peyki Süd Yolunun xarici hissəsində nəhəng bir dalğanı aşkarlayıb. Gundelik.az-ın məlumatına görə, alimlər hesab edirlər ki, bu “kosmik dalğa” keçmişdə baş vermiş qalaktik toqquşmanın izlərini daşıyır. İtaliya Milli Astrofizika İnstitutunun tədqiqatçıları Süd Yolunun xarici diskindəki təxminən 17 000 gənc nəhəng ulduz və 3 400 dəyişən (sefeid) ulduzun hərəkətini təhlil edib.

Read More