Azərbaycanda aylıq gəliri 2 500 manatdan çox olanlar icbari tibbi sığorta haqqını az ödəyə bilər
Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş icbari tibbi sığorta haqqının ödənilməsi qaydası dəyişə bilər. Gundelik.az-ın “Report”a istinadən məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, gələn ildən sözügedən kateqoriya üzrə aylıq gəlir 2 500 manata qədər olduqda sığortaolunan və sığortaedən hər biri bunun
