Milli istiqlal vurğunu-Səməd Mənsur
İctimai-siyasi və tarixi hadisələrlə zəngin bir dövr olan XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı bir sıra görkəmli sənətkarlar yetirmişdir. Keşməkeşli zəmanə onların başına çox oyunlar açıb, taleləri ilə oynasa da, bu şəxsiyyətlər Vətən və millətin azadlığı uğrunda heç bir fədakarıqdan çəkinməmişlər. Ədəbiyyatımızın çoxəsirlik zəngin ənənələrinə arxalanan bu qələm sahiblərinin hər biri öz qabiliyyət və imkanı
