Xərçəng xəstəliyinə qarşı peyvənd hazırlandı
ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübələrdə melanoma, mədəaltı vəzi və üçlü mənfi döş xərçənginin böyüməsini və yayılmasını tamamilə əngəlləyə bilən yeni “nanohissəciklərə əsaslanan super peyvənd” hazırlayıblar. Gundelik.az xəbər verir ki, Massaçusets Amherst Universitetinin Biotibbi Mühəndislik Departamentinin apardığı araşdırmanın nəticələrinə görə, peyvənd tətbiq edilən siçanların 88 faizində şişin tamamilə yox olduğu müəyyən edilib. Tədqiqatçılar bildirirlər ki,
