“Mercedes-Benz” “Nissan”dakı payını satdı
Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”in pensiya tresti Yaponiyanın “Nissan Motor Co.” şirkətindəki payını satıb. Gundelik.az-ın “Reuters”ə istinadən məlumatına görə, sövdələşmənin dəyəri 47,83 milyard yen (təxminən 324,65 milyon ABŞ dolları) təşkil edib. “Mercedes-Benz”in sözçüsü avqustun 25-də bildirib ki, trestə məxsus 3,8 faiz payın satılması planlaşdırılırdı. Onun sözlərinə görə, bu pay 2016-cı ildə şirkətin pensiya aktivlərinə daxil edilib
