İtaliyada niqab qadağan edilə bilər
İtaliyanın Baş naziri Corcia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FDI) partiyası ictimai yerlərdə burka, niqab və üz örtüyündən istifadənin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Gundelik.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Separatizmə qarşı” adlanan qanun layihəsi parlamentin aşağı palatası — Nümayəndələr Palatasına təqdim olunub. Layihə ictimai binalarda, məktəblərdə, universitetlərdə və digər
