Nigeriyada sərnişin qayığı batıb, 13 nəfər ölüb
Nigeriyanın Zamfara əyalətində sərnişin qayığı çayda batıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Qəzada 13 nəfər həyatını itirib, 22 nəfər isə itkin düşüb. Səlahiyyətlilər ölənlərin sayının artdığı üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Nigeriyada yağıntılı havada, balıqçılıq mövsümündə çaylarda və göllərdə qayıq qəzaları tez-tez baş verir. Gundelik.az
