Oktyabr 9, 2026
Baku

Milli Məclis

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb. Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri,parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin Konfransının açılış

Read More
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb. Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra ikiölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib. Görüşdə qeyd olunub ki, Efiopiya

Read More
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın baş prokuroru ilə görüşüb

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri, parlamentlərarası əlaqələr, hüquq və qanunvericilik sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin qardaşlıq, dostluq və qarşılıqlı

Read More
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Read More
Xəbərlər

Milli Məclisdə Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirə keçirilib

İyulun 9-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib. Komissiyanın sədri Ramid Namazov Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə təşkil olunan tədbirdə ölkəmizin tərəqqisində, cəmiyyətin zərərli təsirlərdən qorunması və gələcək nəslin formalaşmasında vacib

Read More
Xəbərlər

Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib. İlk növbədə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, layihə ölkədə

Read More
Xəbərlər

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın Kiyev şəhərinə səfər edəcəklər. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputatqrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq. Milli

Read More
Xəbərlər

Mozambik Respublika Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Mozambik Respublika Assambleyasının sədri Margarida Talapa Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Respublika Assambleyasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Gundelik.az

Read More
Siyasət Xəbərlər

Beynəlxalq Forumda

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov iyunun 22-də Belarus Respublikasının Brest şəhərində Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək İttifaq Dövlətinin II Beynəlxalq Forumunda iştirak edəcək. “Dahi irs – ortaq gələcək” mövzusuna həsr olunmuş Forumda faşizm üzərində qələbənin tarixinə dair müzakirələr aparılacaq. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Gundelik.az

Read More
Xəbərlər

Deputatlarımız Malayziyaya səfər edəcəklər

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər. Malayziya parlamentinin Azərbaycanla dostluq qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər iyunun 26-da başa çatacaq. Milli

Read More