BÜTÜN KEÇİLMƏZLİYİ, VƏTƏN, ADINLA KEÇDİM!
O, bütün yaradıcılığı ilə xalqın milli oyanış, mücadilə və birlik carçısı idi. Onun əsərlərindən azadlıq və birlik yanğısı bütün maneələri dağıdan, aşıb-daşan qoca bir vulkan kimi püskürürdü. “Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı” deyən qoca sənətkar “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” deyə məhəbbətini bütün aydınlığı, çılpaqlığı ilə ortaya qoymuşdu. Onun
