Üç əsr əvvəlki azərbaycanlı ilə bugünkünün mədəniyyətində heç bir yeni baxış bucağı fərqi yoxdur – Aqşin Yenisey
IV əsrdə Yunanıstanda Şəhər (Polis) həyatı çökdü. İnsanlar mənəvi təkliyə sürükləndilər. Bu mənəvi təklənmə nəticəsində ədəbiyyatda bioqrafiya, heykəltaraşlıqda portret janrı yarandı. Yəni sosial həyat şərtlərinin dəyişməsi mədəniyyətdə də dəyişikliklərə səbəb oldu. Bəs bizdə niyə sosial həyatımızda baş verən dəyişikliklər mədəniyyətimizdə hiss olunmur? Yeni şərtlərə uyğun yeni heç bir yaradıcılıq hadisəsi ortaya çıxmır? Çünki bizim sosial
