28 İyul – İngilis uşaq yazıçısı və rəssamı Elen Beatriks Potterin 160 illiyi, (1866-1943)
İngilis uşaq yazıçısı və rəssamı, alimi Elen Beatriks Potter (28 iyul 1866, London – 22 dekabr 1943, Nir-Sorey) uşaqlıqdan təbiəti, heyvanları sevir və böyüdükdən sonra uşaqlıq arzusunu həyata keçirərək Londondan “Hill-Top” malikanəsinə köçür. O, burada həm təbiətə aid illüstrasiyalar çəkir, həm də onlara hekayələr, nağıllar qoşurdu. Onun yazıçı və rəssam kimi yolu 1902-ci ildən başlayır.
