Almaniyada inflyasiya oktyabr ayında 2,3%-ə enib
Almaniyada inflyasiya gözlənildiyi kimi oktyabr ayında 2,3%-ə qədər azalıb. Gundelik.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi (Destatis) ilkin məlumatlar yayıb. Aİ standartlarına uyğun hesablamalara əsasən, ölkədə istehlak qiymətləri oktyabrda illik müqayisədə 2,3% artıb. Sentyabrda bu göstərici 2,4% təşkil etmişdi. Beləliklə, inflyasiya göstəricisi analitiklərin gözləntilərinə tam uyğun olub. Aylararası müqayisədə istehlak qiymətləri 0,3% artıb
