USTAD HÜSEYN ƏHMƏDOV: AZƏRBAYCAN TƏHSİLİNİN ƏBƏDİ ULDUZU
Akademik Hüseyn Əhmədov – Azərbaycan pedaqoji fikrinin sütunlarından biri kimi 100 illik ömür zirvəsinə yüksəlir. Azərbaycanda pedaqoji fikir tarixinin möhtəşəm binasının ilk möhkəm sütunu Əhməd Seyidovun adı ilə ucalırsa, bu binanın ikinci sütunu akademik Hüseyn Əhmədovun zəngin elmi irsi ilə daha da əzəmət qazanır. Hər iki böyük şəxsiyyətin düşüncə və ideyaları, milli pedaqoji
