“Fərqlilik Gücümüzdür” Konsepsiyası
Humayun Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin nəzdində 2024-cü ildən fəaliyyət göstərən “Yurdum” layihəsi 18 yaşdan yuxarı Daun sindromlu, autizmli, əqli inkişaf məhdudiyyəti olan və digər xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına xidmət edir. Layihə çərçivəsində onların sosial və fərdi bacarıqlarının inkişafı məqsədilə musiqi, yoqa, incəsənət, əl işləri, özünəqulluq bacarıqları və digər inkişafyönümlü fəaliyyətlər
