Tbilisidə müxalifəti dəstəkləyən fondların təşkilatçılarının mənzillərində axtarışlar aparılır
Hazırda Gürcüstan prokurorluğunun əməkdaşları Tbilisidə yeni parlament seçkiləri tələbi ilə etiraz aksiyalarının iştirakçılarına yardım göstərən xeyriyyə fondlarının təsisçilərinin mənzillərində axtarışlar aparırlar. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Bu fondlardan birinin təşkilatçısı Nanuka Jorjolianinin jurnalistlərə verdiyi məlumata görə, onun mənzilində təkcə prokurorluq nümayəndələri deyil, həm də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılır. Məhkəmənin
