“Google” “Virginia Fusion” zavodundan enerji alacaq
“Alphabet Inc”in bir hissəsi olan Amerikanın “Google” şirkəti Virciniya ştatında “Commonwealth Fusion Systems” (CFS) şirkətinin planlaşdırılan termonüvə elektrik stansiyasından (TNPP) elektrik enerjisi almağa razılıq verib. Gundelik.az xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb. “Financial Times: bu sövdələşməni sektorda yalnız ikinci adlandırır. Qeyd olunur ki, çoxillik enerji alqı-satqısı müqaviləsi (PPA) 200 MVt üçün nəzərdə tutulub.
