Yasaq edilmiş tarixə işıq tutan insan-Əzizə Cəfərzadə
Dilimizdə bir-birindən şirin, bir-birindən poetik və yığcam söz birləşmələri səslənir: Sərin su, şirin söz, mehriban insan, xeyirxah adam, əziz dost, qayğıkeş qohum… Bu qəbildən olan söz birləşmələrinin məna tutumu və hikməti, ana nəfəsi, ana səsi, ana əllərinin təması, ana sözünün, ana nəvazişinin içərisində əriyib itir. Görünür buna görədir ki, ana qədər şeirdə, sənətdə təsvir və
