8 İyun – Ümumdünya Okeanlar Günü, (1992)
Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin “Ətraf mühit və inkişaf” Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən qeyd olunur. Zoopark, akvariumlar və delfinariyalar əsasən bu gündə okean heyvanlarının qorunması, mühafizəsi ilə bağlı tədbirlər keçirməklə ictimaiyyətin diqqətini cəlb edirlər. BMT bu bayramı elan etməklə, okeanların planet üçün həyatı vacibliyini xüsusi qeyd edib.
