Dövrünə güzgü tutan Əli Nəzmi
Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətlərini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin
