“Xiaomi” 100 mindən çox elektrik avtomobilini geri çağırır
Çinin “Xiaomi” şirkəti sürücüyə yardım sistemində yaranan nasazlıqlara görə 116 800 ədəd “SU7” elektrik sedanını geri çağıracaq. Gundelik.az xəbər verir ki, bu barədə məlumat Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) saytında yerləşdirilib. Geri çağırma 2024-cü il fevralın 6-dan 2025-ci il avqustun 30-dək istehsal olunan avtomobillərə şamil edilir. Şirkətin açıqlamasına görə, sözügedən avtomobillərdə quraşdırılmış sürücüyə
