Vəsilə Möhsümova – “Fəlsəfə kitabdan başlayır, insanın həyatında davam edir”.
Sürətlə dəyişən dünyada texnologiyalar inkişaf edir, informasiya axını sürətlənir, süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilir. Lakin bütün bu yeniliklər fonunda insanı əsrlərdir düşündürən suallar dəyişməz qalır: Həyatın mənası nədir? İnsan özünü necə tanıya bilər? Xoşbəxtlik, ədalət və vicdan anlayışları hansı dəyərlər üzərində qurulur? Bu sualların cavabını axtaran sahələrdən biri də fəlsəfədir. Fəlsəfə yalnız nəzəri biliklər
