Çingiz Şahbazi: “Toplum hazırlanmasa, heç bir siyasi mexanizm işə yaramayacaq”.
Rəqəmsal medianın sürətlə genişləndiyi bir dövrdə informasiya təhlükəsizliyi artıq hər bir dövlətin milli təhlükəsizlik prioritetinə çevrilib. Dezinformasiya dalğalarının güclənməsi, saxta xəbərlərin ictimai rəyə təsiri və sosial mediada nəzarətsiz informasiya axını cəmiyyətin etibarını sarsıdan əsas risklərdəndir. Bu məsələlərin aktuallığını nəzərə alaraq siyasi ekspert Çingiz Şahbazi ilə rəqəmsal media mühitində dezinformasiyaya qarşı effektiv siyasi strategiyalar, mövcud hüquqi
