Nə üçün azadlıq duyğusu daha çox erotizmə meyillənmə şəklində üzə çıxır? – Aqşin Yenisey yazır
Müqəddəslik cinsəllikdən tamamilə arındırılmış bir varlıq halıdır. Cinsəlliyi varsa da, həzz və şəhvətlə əlaqələndirilməz. Müqəddəsliyin erotizm qorxusu var. Müqəddəslikdən qaçış erotizmlə başlar. Müqəddəs cəhənnəmini özüylə gəzdirər, özünü öz cəhənnəmiylə arındırar. Daxilində cəhənnəmi olmayandan müqəddəs olmaz. Tanrının tarixi erotizmdən qaçışın tarixidir. Ən müqəddəs olanın dişilikdən və erkəklikdən arındırılmasıdır. Tək tanrı insanın cinsi olmayan fantastik bir yaradıcı
