Cərrah Kamil Quluzadə: “Cərrahi xəstəliklərin alternativ müalicəsi yoxdur”
Müasir tibbin ən vacib sahələrindən biri olan cərrahiyyə həm müraciət sayı, həm də həyat keyfiyyətinə təsiri baxımından daim diqqət mərkəzindədir. Azərbaycanda ən çox rast gəlinən cərrahi xəstəliklər, bu sahədə tətbiq olunan müasir texnologiyalar, eləcə də əməliyyatsız müalicə imkanları ictimai maraq doğuran əsas mövzulardandır. Bu suallar ətrafında aydınlıq yaratmaq məqsədilə ümumi cərrah Kamil Quluzadə ilə söhbətləşdik.
