Müasir tibbin ən vacib sahələrindən biri olan cərrahiyyə həm müraciət sayı, həm də həyat keyfiyyətinə təsiri baxımından daim diqqət mərkəzindədir. Azərbaycanda ən çox rast gəlinən cərrahi xəstəliklər, bu sahədə tətbiq olunan müasir texnologiyalar, eləcə də əməliyyatsız müalicə imkanları ictimai maraq doğuran əsas mövzulardandır. Bu suallar ətrafında aydınlıq yaratmaq məqsədilə ümumi cərrah Kamil Quluzadə ilə söhbətləşdik. Müsahibədə ölkəmizdə cərrahiyyənin mövcud vəziyyəti, laparoskopik və robot cərrahiyyəsinin tətbiq səviyyəsi, həmçinin cərrahi xəstəliklərin müalicə prinsipləri barədə Cərrah Kamil Quluzadə məlumat verilir.
Müsahibəni təqdeim edirik:
Hazırda Azərbaycanda ən çox rast gəlinən cərrahi xəstəliklər hansılardır?
— Hazırda tək Azərbaycanda deyil, dünya statistikasında da ən çox yayılmış cərrahi xəstəliklər kəskin appendisit,öd daşı xəstəliyi və qasıq yırtığıdır
Müasir texnologiyalar – laparoskopik və ya robot cərrahiyyəsi – ölkəmizdə nə dərəcədə tətbiq olunur?
— Ölkəmizdə laparoskopik(qapalı) əməliyyatlar artıq uzun illərdir tətbiq edilir və çox yüksək səviyyədə icra edilir. Robotik cərrahiyyə isə hələ çox qısa müddət əvvəl Milli Onkoloji mərkəzdə qurulmuşdur və hələ çox az tətbiq edilir.
Əməliyatsız müalicə metodları hansı hallarda mümkündür?
— Təəssüf ki,cərrahi xəstəliklərin əməliyyatsız yəni dərman və ya başqa üsullarla müalicəsi yoxdur.
Maraqlı məlumat üçün ümumi cərrah Kamil Quluzadəyə təşəkkür edeirik.
Gundelik.az
