1 Aprel – Beynəlxalq Quşlar Günü, (1894)
Hər il bütün planet Beynəlxalq Quşlar Gününü (International Bird Day) – beynəlxalq ekoloji bayram kimi qeyd edir. Bu bayram 1894-cü ildə ABŞ-da meydana gəlmişdir. Kütləvi informasiya vasitələrinin sayəsində populyarlıq qazanan bayram tezliklə bütün ştatlarda qeyd edilməyə başlanıb, sonradan Avropaya keçib. İndi isə YUNESKO-nunm “İnsan və biosfer” bioloji proqramı çərçivəsində dünyanın bir çox ölkələrində qeyd olunur.
