Hər il bütün planet Beynəlxalq Quşlar Gününü (International Bird Day) – beynəlxalq ekoloji bayram kimi qeyd edir. Bu bayram 1894-cü ildə ABŞ-da meydana gəlmişdir. Kütləvi informasiya vasitələrinin sayəsində populyarlıq qazanan bayram tezliklə bütün ştatlarda qeyd edilməyə başlanıb, sonradan Avropaya keçib. İndi isə YUNESKO-nunm “İnsan və biosfer” bioloji proqramı çərçivəsində dünyanın bir çox ölkələrində qeyd olunur.
Hər ilin bu günü təbiətsevərlər quşlar üçün yuvalar düzəldir, suda yaşayan quşların məskunlaşdığı yerləri yaxşılaşdırır və s. tədbirlər görürlər. Quşlarla bağlı daha bir məşhur bayram may ayının ikinci bazar günü keçirilən Ümumdünya Miqrasiya Edən Quşlar Günüdür.
Gundelik.az
