Bitməyən Arzular, Ölümsüz Ruh: Poeziyada İnsan Hekayəsi
Hər bir sahədə olduğu kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək. İnsanın mənəvi mədəniyyət sahəsində yaratdıqları onun özünə bənzəyir; canlı, şüurlu orqanizm kimi doğulur, böyüyür, inkişaf edir,
