“Alibaba”nın səhmləri dörd ilin rekord səviyyəsinə yüksəldi
Çinin onlayn pərakəndə nəhəngi “Alibaba” süni intellekt (AI) sahəsinə sərmayələrini artıracağı barədə açıqlamasından sonra şirkətin səhmləri çərşənbə günü keçirilən ticarətdə 7,8% bahalaşaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, şirkət süni intellekt strategiyasının əsas hissəsi kimi ən böyük dil modeli Qwen3-Max-ı təqdim edib. Modeldə 1 trilyondan çox parametr mövcuddur.
