Azərbaycanda 18 illik ASC ləğv edilir
“Təmir-tikinti ANKZ-9” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir. Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri, Xəzər stansiyası ünvanına bildirə bilərlər. Sözügedən ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 12 300 manat olan şirkətin qanuni təmsilçisi Quliyev Nüsrət Qüdrət oğludur. Gundelik.az
