İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda 18 illik ASC bağlanır

“Oğuz-Məişət” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə ASC özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4800 Oğuz şəhəri, Əzizbəyov küçəsi, ev 7, mənzil 7 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 224 manat olan ASC-nin qanuni təmsilçisi Rzayeva Maxrufa Nüsrət qızıdır.

Gundelik.az