Kainatın informasiya modeli və bədii yaradıcılıq
ədəbi-fəlsəfi esse Dünyanın əsasında nə dayanır? Necə yaranıb? Quruluşu necədir?.. və sairə. Bu suallar həmişə aktual olub, həm fəlsəfə, həm elm, həm teoloji sistemlər, həm də bədii yaradıcılıq üçün. Bu sualların ən asan və qəti cavabı, məlumdur ki, dini dünyagörüşə məxsusdur; tanrı ideyası ilə bu suallar cavablandırılır və din filosoflarının müxtəlif interpretasiyaları da bu ideyadan
