Yay aylarında isti havaların təsiri ilə artan tər qoxusuna qarşı bitki mənşəli həll yolları təklif olunub. Kayseridə 12 ildir fəaliyyət göstərən aktar Muhammed Hanzala Altun bildirib ki, kokos yağı, lavanda yağı və yasəmən yağı ilə ev şəraitində təbii dezodorant və ya roll-on hazırlamaq mümkündür.
Onun sözlərinə görə, tərləmə orqanizmin təbii funksiyasıdır və onu tamamilə dayandırmaq mümkün deyil. Lakin düzgün bitki mənşəli vasitələrdən istifadə etməklə xoşagəlməz qoxunun yaranmasını azaltmaq olar.
Altun qeyd edib ki, həddindən artıq tərləyən şəxslər adaçayından da faydalana bilərlər. O, kokos yağı, lavanda yağı və yasəmən yağının qarışığından hazırlanan təbii dezodorantın tər qoxusunun azalmasına kömək edəcəyini bildirib.
Şəb daşı da faydalıdır
Aktarın sözlərinə görə, şəb daşı tərləməni müəyyən qədər azaltmağa kömək edir. O bildirib: “Tərləməni tamamilə dayandıra bilmərik, amma xoşagəlməz qoxunun yaranmasının qarşısını müəyyən qədər ala bilərik.”
Yayda bol maye qəbul etmək vacibdir
Muhammed Hanzala Altun isti havalarda kifayət qədər maye qəbulunun vacibliyini də vurğulayıb. O, hibiskus çayı, az miqdarda zəncəfil, həmçinin bədən hərarətini azaltmağa kömək edən təbii məhsulların istehlakını tövsiyə edib.
Bundan əlavə, dəmirhindi, hibiskus və qızılgül kimi bitkilərdən də istifadə oluna biləcəyini bildirən Altun, bu məhsulların düzgün seçilməsi və istifadəsi üçün mütləq mütəxəssis məsləhəti almağın vacibliyini qeyd edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

