Gundelik.az Elm və təhsil “Təhsildə Sən 4” adlı forumu keçirildi – FOTO/VİDEO
Elm və təhsil Xəbərlər

“Təhsildə Sən 4” adlı forumu keçirildi – FOTO/VİDEO

Gundelik.az xəbər verir ki,  “Təhsildə Sən” forumu çərçivəsində ölkəmizdə məktəbəqədər təhsilin inkişafı və gələcək prespektivləri müzakirə olundu.

Tədbirin keçirilməsi zamanı hər il yüzlərlə müəllim “Təhsildə SƏN” forumun iştirakçısı olur. Peşəkar və təcrübəli təhsil işçilərinin maraqlı və  maarifləndirici  çıxışlarını dinləyir və çay fasiləsində onlarla yaxından ünsiyyət qurur. Eyni zamanda həmin gün özəl və dövlət sektorunda fəaliyyət göstərən  təhsil işçiləri  bir- birini daha yaxından tanıyır və birgə layihələrə imza atırlar.

Tədbirdə Bakı Biznes Universiteti, təhsil işçiləri, bir sıra təhsil mərkəzləri rəhbərləri, təhsil ekspertləri, müəllimlər, pedaqoqlar, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

“Smart Education” Bağçalar Şəbəkəsinin rəhbəri İlgün Hətəmova forumda spiker olaraq  “Bağçaların yaradılması, quruluşu və inkişaf prespektivləri” mövzusunda geniş və əhatəli çıxış etdi. İlgün Hətəmova  bildirdi ki, Azərbaycan Respublikasında məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz milli təhsilin həyata kecirilməsində ilkin pillə olmaqla milliyətindən, cinsindən, dini mənsubiiyyətindən asılı olmayarq ölkəmizdə yasayan bütün məktəbəqədər yaşlı uşaqların təhsilə hazırlanması ilə məşğuldur. Erkən yaşı dövründə təhsil uşaqların şəxsiyyətinin sosial bacarıqlarının və intellektual inkişafının təməlini təşkil edir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri, xüsusilə də bağçalar cəmiyyətin davamlı inkisafinda mühüm rol oynayır. Belə ki, müasir dövrdə bağçaların yaradılması, təşkilati strukturu və inkişaf perspektivləri yalnız milli deyil,  həm də beynəlxalq təcrübələrə əsaslanaraq formalaşmaqdadır. Digər tərəfdən də, bağçaların yaradılmasının əsas prinsipləri bağça təşkili prosesində esas məqsəd uşaqların sağlam təhlükəsiz və intellektual inkiçafina uyğun bir muhitin təmin edilməsidir. Bağçaların infrastrukturu müasir tələblərə cavab verməli, həm fiziki, həm də metodoloji  baxımdan keyfiyyətli olmalıdır. Xüsusilə də əlilliyi olan uşaqların da təhsilə cəlb edilməsi üçün inkluziv əsas priotetlərden sayılır. Bunun üçün isə uyğunlasdırılmış tədris materialları fiziki şərait və peşəkar dəstək komandaları vacib rol oynayır.

İ.Hətəmovanın bildirdi ki, müasir dövrdə dünyanın müxtəlif ölkələrində bağçaların idarə olunmasında fərqli yanaşmalar da təbiq olunur. Məsələn,  Skandinaviya ölkələrində uşaqların sərbəst fəaliyyətinə geniş yer verən azad proqramlar, Yaponiya və Cənubi Koreyada strukturlaşdırılmış və intizamli proqramlar üstünlük təşkil edir. ABŞ və Kanadada isə daha çox valideynlərin seçim imkanlarını genişləndirən  müxtəlif pedaqoji yanaşmalar təklif olunur, İngiltərədə isə təbiətə əsaslanan metod uşaqlarda ekoloji düşüncə, sərbsətlik və fiziki bacarıqlarının inkisafına yönəlib. Mövcud tədris proqramının inovativ dəyisikliklərə uyğunlaşdırılması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bağçaların effektliyi yalnız fiziki şərait və kurikulumla deyil, həm də sosial-mədəni mühit, pedaqoji yanaşma və cəmiyyətin inkisaf səviyyəsi ilə müəyyən olunur. Azərbaycanın da bu istiqamətdə müasir və inkluzivlik bağça modelinin formalaşdırlıması üçün dünya təcrübəsindən öyrənilməsi və onun milli konstektdə tətbiq edilməsi zəruridir.

“Smart Education” Bağçalar Şəbəkəsinin rəhbəri İlgün Hətəmova vurğuladı ki, gələcəyin cəmiyyətini formalaşdıran əsas təməllərdən olan məktəbəqədər təhsil yalnız bu yolla dayanıqlı şəkildə inkişaf edə bilər. Məktəbəqədər müəssəsinə gedən uşaqların ən önəmli faydası məktəb dövrünün rahat şəkildə adaptasiyasının keçməsidir. Bağçalar gələcək üçün zəruri başlanğıc adətən xoşbəxt uşaq anlayışı uğurlu uşaqla əlaqələndirilir. Balacaların xoşbəxt və eyni zamanda uğurlu olması üçün onların sosial və emosional bacarıqlarının inkişaf etməsi üçün hər baalaca nüansa fikir verilməlidir. Müəssisədə olan rəngarəng əşyaları daha cox maraqli fərqli duyğulara  toxunurlarsa onların görmə bucağı genişlənir.  Və biz “Smart Education” bağçalar şəbəkəsi olaraq bunun üçün xırda bir nüansı düşünüb fərdi yanaşaraq öz bağçalarımızı qurmuşuq. Artiq 9 ildir biz fəaliyyət göstəririk. Bu 9 il müddətində öz bağçalarımızı quraraq çox uğurumuz olmuşdur. Tədris mərkəzi olaraq da 1-ci sinifdən 11-ci sinifə qədər şagirdlərlə işləmək, rəsm,  rəqs,  psixoloji və loqopedik xidmət,  yay məktəbi, üzüçülük dərnəkləri, məktəb hazırlıqları, xarici dil bilikləri xidməti və s. vardır. “Smart Education” bağçalar şəbəkəsi Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq fəaliyyət göstəririk. Yeni layihəmizə artıq start vermişik. Özünəməxsus sınaq imtahanlarını keçiririk. Bu imtahanlar 5-6 yaşdan başlayaraq XI siniflərə qədər olur. Tədris mərkəzi rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, imtahan mərkəzinin qurulması üçün ən yeni texnologiyalarla həll paketi teqdim edirik: onlayn platforma, avadanlıq, proqram təminatı, texniki dəstək, peşəkar mütəxəssislər tərəfindən məsləhət xidməti. Körpələrimizin həyata sevgi dolu başlanğıcı üçün  və balalara bu muhiti yaratmaq istəyənlər “Smart Education” bağçalar şəbəkəsinə müraciət  edə bilərlər.

Gundelik.az

Exit mobile version