Gundelik.az Dünya İran ABŞ-ni yeni silahlarla zərbə endirəcəyi barədə xəbərdarlıq edib
Dünya Siyasət Xəbərlər

İran ABŞ-ni yeni silahlarla zərbə endirəcəyi barədə xəbərdarlıq edib

İran ABŞ-nin hücumlarını yenidən başlaması halında Yaxın Şərqdəki Amerika obyektlərinə yeni silahlardan istifadə etməklə zərbələr endirəcəyini bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi açıqlama verib.

“Yeni hücum baş verəcəyi təqdirdə müdafiəmizin və cavab hücumlarımızın coğrafiyası, şübhəsiz ki, əhəmiyyətli dərəcədə dəyişəcək. Dəyişikliklər silahlara da aid olacaq. Dünyanı heyrətləndirəcək yeni silahlardan istifadə edəcəyik”, – deyə o bildirib.

SEPAH nümayəndəsinin sözlərinə görə, İranın hədəfləri də əvvəlki kimi olmayacaq. O qeyd edib ki, Tehranın hələ zərbə endirmədiyi yeni hədəfləri var.

Daha əvvəl İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib ki, Qətər vasitəçi qismində İranın müharibəyə son qoyulması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb.

Onun sözlərinə görə, Tehranın şərtləri bütün cəbhələrdə münaqişənin dayandırılmasını, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasını və dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Exit mobile version