Van və Muşda müalicə alan iki körpə daha ixtisaslaşmış tibbi mərkəzlərdə müalicə olunmaları üçün ambulans təyyarə ilə İstanbula aparılıb.
Van Vilayət Səhiyyə İdarəsinin açıqlamasına görə, Muş Dövlət Xəstəxanasında hemolitik uremik sindrom diaqnozu ilə müalicə olunan 1 yaşlı körpə və Van Təhsil və Araşdırma Xəstəxanasında dünyaya gələn, triküspid atreziyası və VSD (ürək qüsuru) diaqnozu qoyulan 2 günlük körpənin əlavə müayinə və müalicə üçün İstanbula göndərilməsinə qərar verilib.
Bununla əlaqədar olaraq, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən bölgəyə ambulans təyyarə göndərilib.
Hər iki körpə Van Ferit Melen Hava Limanında ambulans təyyarəyə yerləşdirilərək İstanbuldakı xəstəxanalara çatdırılıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
