Sentyabr 3, 2026
Baku
Hadisə Xəbərlər

Şuşada turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.

Gundelik.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb.

Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:

“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.