Gundelik.az Ölkə Şuşada Qız məktəbinin təmirinə 1,7 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Şuşada Qız məktəbinin təmirinə 1,7 milyon manat ayrıldı

Şuşa şəhərində Qız məktəbinin əsaslı təmir işlərinin aparılmasına başlanılır.

Gundelik.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum əsaslı təmir işlərini “Babayev Group Company” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 1 milyon 750 min manat olaraq müəyyənləşib.

Qeyd edək ki, Qız məktəbi Şuşa şəhəri, Dəmir yumruq küçəsi, giriş 56 ünvanında yerləşir.

Exit mobile version