İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Sumqayıtda “Abad məhəllələr” layihəsinə başlanılır

Azərbaycanın bir sıra rayon və şəhərlərində olduğu kimi Sumqayıt şəhərində müntəzəm olaraq abadlıq işləri ilə bağlı tədbirlər görülür.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Sumqayıtda daha bir layihəyə “Abad məhəllələrin yaradılması”na başlanılır.

Artıq bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində (RİH) müvafiq tədbirlərə start verilib.

RİH hazırda sözügedən tədbirlərin layihə-smeta sənədlərini tərtib edəcək şirkət axtarışındadır.

Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti qeyd olunan işlərin təkcə layihə-smeta sənədlərinə 35 700 manat ödəməyə də hazır olduğunu bildirir.

Gundelik.az