Gundelik.az Ölkə Sumqayıt icra hakimiyyəti yaşıllıqların salınmasına 1 milyona yaxın vəsait xərcləyəcək
Ölkə Xəbərlər

Sumqayıt icra hakimiyyəti yaşıllıqların salınmasına 1 milyona yaxın vəsait xərcləyəcək

Sumqayıt şəhərinin park və xiyabanlarında yaşıllıqlarda yeni ağac, bitki və güllər əkiləcək.

Bu barədə Gundelik.az Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni yaşıllıqların salınması üçün sifarişə geran, kanna, osteospermum, petunya, papatya, portulak, ivan mariya, kosmeya, eldar şamı, şəmşad, zeytun, qızıl gül, xrizantema, kufeya, amaranthus, agapantus, hidrangeya kimi ağac, bitki və güllər daxildir.

İcra hakimiyyəti “Saffira Plus” şirkəti ilə 960 min manat dəyərində alqı-satqı müqaviləsi bağlayıb.

Exit mobile version