Kortizol böyrəküstü vəzilər tərəfindən ifraz olunan və orqanizmin stressə cavab reaksiyasını tənzimləyən əsas hormondur. O, “döyüş və ya qaç” reaksiyasını aktivləşdirir, enerji təmin etmək üçün qanda qlükoza səviyyəsini artırır, maddələr mübadiləsinə və immun sisteminə təsir edir, həmçinin qan təzyiqini tənzimləyir.
Kortizolun səviyyəsi gün ərzində dəyişir: səhər ən yüksək, axşam isə ən aşağı olur. Buna görə analizlər də adətən səhər saatlarında aparılır.
Stressdən əlavə, bəzi xəstəliklər (məsələn, Cushing sindromu) kortizolun həddindən artıq yüksəlməsinə səbəb ola bilər. Bu vəziyyət bədəndə yağlanma (xüsusilə qarın və üz nahiyəsində), əzələ zəifliyi, dərinin incəlməsi, asan göyərmə, yüksək təzyiq, əhval dəyişiklikləri, depressiya və narahatlıq kimi əlamətlərlə özünü göstərə bilər.
Kortizolun yüksəkliyi hər zaman qaçılmaz deyil və həyat tərzi ilə idarə oluna bilər. Müntəzəm idman, düzgün qidalanma, kifayət qədər yuxu, nəfəs məşqləri və stresin azaldılması onun balansda saxlanmasına kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
