Gundelik.az Hadisə Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs edilib
Hadisə Xəbərlər

Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs edilib

Sosial şəbəkədə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova həbs edilib.

Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ondan narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Exit mobile version