Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq ölkəsinin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) tərəf olmadığını bildirib.
O, ABŞ və bəzi ölkələrin Şimali Koreyaya qarşı “əsassız ittihamlar” irəli sürdüyünü deyib və ölkəsinin nüvə silahlı dövlət statusunun xarici təzyiqlərlə dəyişdirilə bilməyəcəyini vurğulayıb.
Şimali Koreya 2003-cü ildə NPT-dən çıxdığını elan etmişdi və bundan sonra beynəlxalq sanksiyalarla üzləşmişdi.
Hazırda NPT-yə tərəf olmayan və ya ondan çıxan əsas nüvə silahlı ölkələr arasında İsrail, Hindistan, Pakistan və Şimali Koreya var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

