İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Şimali Koreya lideri nüvə silahlarının genişləndirilməsinə çağırıb

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya və ABŞ-ın “düşməncəsinə” hərbi təlimlərini kəskin tənqid edib və nüvə silahlarının radikal şəkildə genişləndirilməsinin zəruri olduğunu bildirib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen In Choe Hyon esminesinə səfəri zamanı çıxış edərək qeyd edib ki, ölkənin təhlükəsizlik vəziyyəti hər gün daha da gərginləşir:

“Hazırkı şərait bizdən mövcud hərbi nəzəriyyə və praktikada epoxal və sürətli dəyişikliklər etməyi, nüvə silahlarının köklü şəkildə genişləndirilməsini tələb edir”.

O, avqustun 18-dən başlayan ABŞ və Cənubi Koreya hərbi təlimlərini “KXDR-ə qarşı düşmənçilik və qarşıdurma iradəsinin göstəricisi” adlandırıb. Kim Çen In-un sözlərinə görə, bu təlimlər regionda müharibə risklərini artırır və sülhün pozulmasına səbəb olur.

Şimali Koreya lideri əlavə edib ki, ABŞ və Cənubi Koreyanın hərbi fəaliyyətləri həmişə təxribatçı və təhdid xarakteri daşıyıb:

“Son vaxtlar onların ciddiliyi, nüvə komponentini də əhatə edən hərbi sövdələşmə cəhdlərinə görə daha da artıb”.

Kim Çen In vurğulayıb ki, yaranmış vəziyyət Pxenyandan təşəbbüskar və ciddi addımlar atmağı tələb edir.

Gundelik.az