İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidinin (Arxeoloji muzey) bərpası ilə bağlı işlərə start verilir.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, həmçinintikiliyə məxsus ərazinin abadlaşdırılması işləri də aparılacaq.
Belə ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyində müvafiq işlərə yekun vurulub.
Agentlik sözügedən işlərin icrasını “Tələt” firmasına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 284 018 manat ödənilib.
Gundelik.az

