ABŞ-də idxal olunan günəş panellərinə rüsum 3521 faiz təşkil edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, taeiflər bu məhsulların Cənub-Şərqi Asiyanın dörd ölkəsindən tədarük edilməsindən gedir: Kamboca , Vyetnam , Malayziya və Tayland.
Məlunata görə, Co Baydenin prezidentliyi dövründə aparılan araşdırma nəticəsində məlum olub ki, həmin ölkələrdəki istehsalçılar dövlət subsidiyalarından ədalətsiz şəkildə faydalanır və öz məhsullarını ABŞ-də maya dəyərindən aşağı qiymətə satırlar.
Tədbirlərin ABŞ-nin günəş panelləri istehsalçılarına fayda verəcəyi gözlənilsə də, uzun müddətdir ki, ucuz xarici təchizatlara arxalanan bərpa olunan enerji istehsalçılarına zərər verəcəyi gözlənilir.
Qeyd olunur ki, 2024-cü ildə ABŞ adları çəkilən dörd ölkədən təxminən 13 milyard dollar dəyərində günəş avadanlıqları idxal edib. Nəticədə bu məhsullar ölkənin ümumi idxalının təxminən 77 faizini təşkil edib.
Bildirilir ki, Çin günəş enerjisi şirkətlərinin səhmləri yeni tariflər barədə xəbərlər ortaya çıxdıqdan sonra ucuzlaşıb. Belə ki, “Trina” 1,6 faiz, “Jinko” 0,9 faiz və “JA Solar” 0,1 faiz dəyər itirib.
“Vaşinqtonun qərarı gözlənilən idi. Buna görədə şirkətlər istehsal gücünün bir hissəsini İndoneziya və Laos kimi tariflərdən azad olan ölkələrə keçirəcəklər”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ 37 Çin şirkətinə sanksiya tətbiq edib. Məhdudiyyətlərdən təsirlənənlər arasında günəş panelləri istehsal edən “Solar Technology” şirkəti də var. Belə tədbirlərin görülməsinə səbəb Sincanda məcburi əməyin tətbiqi və uyğur əhalisi üçün pis şəraitin yaradılması ilə bağlı məlumatlar olub.
Gundelik.az

