Gundelik.az Dünya SEPAH iki terror qruplaşmasını məhv etdiyini açıqladı
Dünya Hadisə Xəbərlər

SEPAH iki terror qruplaşmasını məhv etdiyini açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə ərazisində iki terrorçu qruplaşmasının məhv edildiyini açıqlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” xəbər agentliyi paylaşıb.

Bildirilir ki, ABŞ və İsrailin göstərişləri əsasında hərəkət edən qruplar İran ordusu ilə SEPAH-ın müştərək həyata keçirdiyi əməliyyat nəticəsində aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə ilə bağlı əlavə detallar hələlik ictimaiyyətə təqdim olunmayıb.

Exit mobile version