Gundelik.az Dünya Maraqlı Seda Sayandan qadınlara həyat məsləhəti: Öz pulunuzu qazanın!
Maraqlı Xəbərlər

Seda Sayandan qadınlara həyat məsləhəti: Öz pulunuzu qazanın!

Məşhur müğənni Seda Sayan qadınları iqtisadi müstəqilliklərini qorumağa çağırıb. Varlı biri ilə ailə qurmaq naminə öz həyatlarından və karyeralarından imtina etməməli olduqlarını deyən sənətçi qadınlara işlərini davam etdirməyi tövsiyə edib.

Gundelik.az xəbər verir ki, Seda Sayan qadınların maddi baxımdan heç kimdən asılı olmadan yaşamalı olduqlarını vurğulayıb.

O, varlı biri ilə evlənməyin özlüyündə maddi təminat demək olmadığını bildirərək qadınlara peşələrindən və işlərindən imtina etməməyi məsləhət görüb.

“Varlı kişinin arxasınca qaçmaqdansa, özünüzü inkişaf etdirin”

Qadınların iqtisadi müstəqilliklərini qorumaqlarının vacibliyini vurğulayan Sayan belə deyib:

“Qızlar, qadınlar, işləyin. Çünki dünyanın min bir cür halı var. Mütləq kiminsə himayəsinə sığınmağa çalışmayın”.

Həyatında müxtəlif hadisələrin şahidi olduğunu bildirən sənətçi varlı ailələrə gəlin köçən, lakin sonradan uşaqlarının məktəb haqqını belə ödəməkdə çətinlik çəkən qadınlarla qarşılaşdığını söyləyib.

Sayan qadınlara belə müraciət edib:

“Varlı kişinin arxasınca qaçmaqdansa, ‘Mən özüm necə uğur qazana bilərəm, necə pul qazana bilərəm, necə mübarizə aparıb irəli gedə bilərəm?’ suallarına cavab axtarın. Öz pulunuzu qazanın”.

“Heç kimə görə işinizi atmayın”

Müğənni qadınların evlilik və ya münasibətlər səbəbindən əmək fəaliyyətindən uzaqlaşmamalarının vacibliyini də qeyd edib. O, işini tərk edən qadınların sonradan yenidən karyeraya qayıtmaqda ciddi çətinliklərlə üzləşə bildiklərini vurğulayıb.

“Heç kimə görə işinizi-gücünüzü buraxmayın. Bunu ona görə deyirəm ki, işini tərk edən qadınların sonradan yenidən başlamaqda nə qədər çətinlik çəkdiklərini görmüşəm”, – deyə Sayan bildirib.

Sənətçi fikirlərini bu sözlərlə tamamlayıb:

“Çox varlı olsa belə, işinizi atmayın, işləyin. Ondan gələn pul sizin üçün əlavə qazanc olar”.

Nuri
Gundelik.az

Exit mobile version