İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Samsung Galaxy S26 Ultra modelində 25W simsiz enerji yığma funksiyası kağız üzərində göründüyü kimi işləməyə bilər

Samsung bu modeldə batareya və enerji yığma sahəsində bəzi yeniliklər təqdim edib. Batareya tutumu bir qədər artırılıb, həmçinin simli və simsiz enerji yığma sürətləri yüksəldilib.

İllərlə davam edən istifadəçi şikayətlərindən sonra Samsung nəhayət simsiz enerji yığmanı 15W-dan 25W-a qaldırdı. Bu, flaqman modellər üçün ciddi bir yenilik idi. Lakin görünür ki, bu sürətə çatmaq düşündüyündən daha çətindir.

Reddit istifadəçisinin paylaşımına görə, S26 Ultra-da simsiz enerji yığma sürəti istifadə etdiyiniz şarj cihazından, telefon qabından (case) və telefonun düzgün yerləşdirilməsindən çox asılıdır. Yəni bu şərtlər uyğun gəlməzsə, əksər istifadəçilər 25W sürəti ümumiyyətlə görə bilməyə bilər. Bu isə o deməkdir ki, problem cihazda deyil — uyğunluqdadır.

Şərtli işləyən funksiya

Telefon 25W simsiz enerji yığmanı dəstəkləsə də, tam Qi2 maqnit uyğunluğu yoxdur. Bu səbəbdən istifadəçilər:

uyğun şarj cihazı və adapter

maqnit uyğunluqlu telefon qabı

istifadə etməlidir.

Məsələn, bir istifadəçi dbrand qabı ilə maksimum 15W sürət gördüyünü bildirib. Amma rəsmi Samsung qabına keçəndə 25W sürət bərpa olunub. Bu isə göstərir ki, məsələ cihazda deyil, maqnit uyğunlaşma və yerləşdirmədədir.

Hətta kiçik uyğunsuzluqlar belə maksimum sürətə çatmağa mane ola bilər.

Nəticə

25W simsiz enerji yığma realdır, amma praktikada:

istifadə etdiyin aksesuarlar

qab (case)

telefonun şarj üzərində yerləşməsi

böyük rol oynayır. Yəni real istifadə təcrübəsi gözlədiyindən daha dəyişkən və bəzən çətin ola bilər.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az