Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi barədə məsələyə münasibət bildirərkən mətbuata açıqlamasında söyləyib. S.Qurbanov qeyd edib ki, Qalib xalqın idmançıları daha da məsuliyyətli olmalıdır. Onlar döyüş meydanlarında tarix yazan bir xalqı təmsil etdiklərini unutmamalıdırlar. Onların uğurları bizi qürurlandırır. Təsadüfi deyil ki Prezident İlham Əliyev aşağıdakı fikirləri ilə idmançılarımıza bir daha qalib xalqın nümayəndəsi olmalarını bir daha vurğulamışdır.
İlham Əliyev: Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Gundelik.az

